I qayda: 8 yaşını keçmisən,böyük oğlansan və ya qızsan,oyuncağın olmasın,şaxta
babaya inanma,hədiyyə istəmə,xəyal belə eləmə,ümumiyyətlə xəyallarını
sındır,velosiped sürmə,gic-gic oyunlar oynama,söyüş söymə,tərbiyəli uşaq
ol,uzağa getmə,böyüklərə hörmət elə,nə deyirlərsə "hə" de,cavab
qaytarma,yeməyini ye,qabağa dur,üstünə dağıtma,yerə yıxılma,paltarını
batırma,ayaqqabını hər gün təmizlə,dırnaqlarını tut,saçını qırxdır,üzün
qırx,ictimai yerdəsən,səliqəli ol,əynin-başın yaxşı olsun,bahalı heç nə
alma,pula qənaət elə,hətta simiclik elə,sadəcə xeyirli şeylərə pul xərclə,qazlı
su içmə,fastfood yemə,siqaret çəkmə,alkoqollu içki az iç,nəşə çəkmə,qohumlara
gedəndə və evə qonaq gələndə sən də orada ol,ailəvi istirahətdə sən də ailəni
tamamla,nə edirsənsə,haraya gedirsənsə yaşıdın qardaş və ya bacını da
apar,Tanrıya ibadəti ailə qanununa görə et,dərslərini yaxşı oxu,bacarırsan heç
hazırlığa getmə,ali məktəbə daxil ol,valideynin seçdiyi universitetə get,oranı
da yaxşı oxu,kəsildiyin dərs olmasın,universiteti çalış əla bitir,diplomu al,əsgərliyə
getmə,çünki xəstəsən,vətəni sənsiz də qoruyarlar,ixtisasın üzrə iş axtar,ölənə
kimi orada çürü,ziyalı ailədən qız bəyən,elçi get,evlən,toyda hamıdan pul
yığ,balayına get,bazarlıq elə,2-3 uşaq sahibi ol,maşın al və onunla bütün
nəslini daşı,arendaya yer götür,alver elə,sonra özün üçün şəxsi ticarət qur,pul
qazan,ailəni saxla,bütün gün ye-iç,uşaqlarını böyüt,oxut,evləndir,arvadına
xəyanət elə,məşuqən olsun,ailənlə birlikdə ona da bax,pul yığ,daha böyük işlər
qur,ailənin boğazından kəs,biznesi irəlilət,daha çox pul qazan,daha çox
xərclə,daha çox pul qazan,daha çox xərclə,daha çox pul qazan,daha çox
xərclə...Xəstələn,qocal,yıxıl,öl! Valideynin öldü,gözəl yas keçir,ora
qohumların gəlməyini gözlə,az pul verənə sifət elə,millətə yuxarıdan aşağı
bax,dini bayramlarda qurban kəsib qohum-əqrəbaya payla,yaxınları yanına işə
götür,qazan,ye,iç,öl,kasıbları,ümumiyyətlə digər insanları vecinə də alma...
II qayda: 16
yaşına kimi oyuncaqların olsun,həyətdə uşaqlarla oyun oyna,evdə də komyuter
oyunları,ölənə kimi velosiped sür,dərslərini normal oxu,bəyəndiyin fənlər
əsasında universitetə hazırlaş,istədiyin universitetə daxil ol,istədiyin
fakültədə oxu,xəyallar qur,müxtəlif cür yemək ye,lap yerdə də,böyüklər söhbət
edəndə fikrini bildir,əsəbiləşəndə söyüş söy,amerikanlar "what the
fuck?!",ruslar "какого хрена?", türklər "vay amına
koyayım" deyə bilirlərsə,sən də ən azından "ay blin" de,hara
getməyi arzulayırsansa,ora get,uşaqsansa,üst-başın önəmli deyil,uşaq dəcəl olar
və dəcəl uşağın həmişə paltarı çirkli olar,modanı izləmə,necə
geyinməyi,necə
saç-saqqal tərzi bəyənirsənsə,o cür görün,uzun və ya qısa,bunları özün
seç,istədiyin şey bahalıdırsa,pulun çatdığı qədər xərclə,simiclik eləmə,o səni
sevindirəcəksə,ziyanlı da olsa,puluna qıy və al onu,hər şeyin dadını
çıxart,istəmədiyin yerə getmə,orada olmağa məcbur deyilsən,bir yerə tək getmək
istəyirsənsə,tək get,heç kimə qulaq asma,fəlsəfi və dini baxışın sənin özündən
asılıdır,heç kim sənə zorla din yeridə bilməz,universitetdən bezsən çıx
oradan,diplom kağız parçasıdır və o sənin taleyində heç bir rol
oynamır,əsgərliyə get,vətənpərvər ol,yaşadığın torpağa "sağ ol"
de,sevdiyin insanla ailə həyatı qur,əgər səni sevən yoxdursa,tələsməyə ehtiyac
yoxdur,nə vaxtsa qarşına çıxacaq,camaat 50 yaşında evlənir,heç nə olmaz,uşaq
sahibi olmağa da tələsmə,uşaq istəmirsənsə,onu dünyaya
gətirməyin,xəyallarındakı,elə işdə işlə ki,o işi sevinclə görəsən,bacardığın
qədər insanlara xidmət et,özünə az da qalsa,əsas insanlardır,humanist ol,öz
ailəni sevdiyin qədər,insanları da sev,elə zənn et ki,dünya sənin ailəndir,uşaqlarına
18 yaşlarına kimi bax,ondan sonrakı həyatlarını özləri seçsinlər,sən sadəcə
dəstəyini onlardan əsirgəmə bəsdi,həyat yoldaşını ölənə kimi sev,ona qarşı heç
vaxt səhv eləmə,o səhv eləsə də,pulun çox olsa da,birinci yerdə özünü
düşünmə,ümumiyyətlə pul haqqında düşünmə,xoşbəxtliyini düşün,pul səni xoşbəxt
etməz,yalnız birini xoşbəxt görmək səni xoşbəxt edər,ölümdən qorxma,qısaca,heç
nədən qorxma,qorxu səni pisliyə sürükləyər,necə ki,cəhənnəm əzabından qorxub
Tanrıya ibadət edənlərin qəlbləri qaranlıq olduğu kimi...
Bəs siz hansı
qaydaları seçirsiniz?
No comments:
Post a Comment