Sunday, October 6, 2013

"TƏNHALIQ"

 ─ Necəsən?
 Belə də
 Niyə "belə də" ?
 Səncə yaxşılıq və pislik mövcuddur?
 Əlbəttə ki,yox. Onlar nisbidir. Sənin etdiyin yaxşılıq biri üçün pislik,etdiyin pislik isə biri üçün yaxşılıq ola bilər.
 ─ Düz deyirsən. Amma bir şeyi unutdun. Böyük pislik çoxu üçün pislikdir,böyük yaxşılıq isə hamı üçün heç nədir.
 ─ Bunları niyə deyirsən axı mənə?!
 Mənim dediyimin əksini düşünən insanlar var həyatda,bilirdin?!
 Necə yəni?
 Necəsini deyim də. Deməli,1 il əvvəl Azərbaycanda keçirilən bir neçə böyük tədbirlərdə könüllü olaraq işləmişdim və oralarda bir çox könüllülərlə dostlaşmışdım. Vaxt keçdikcə daha da bir-birimizlə yaxınlıq edirdik. Artıq dostluğumuz o yerə çatmışdı ki,hər həftə görüşür,ad günlərimizdə partilər təşkil edib,yığışırdıq. Bizdən mehriban dostlar tanımamışdım mən. Heç vaxt. Bir müddət sonra könüllülüyün üstünlükləri bəzi uşaqları şöhrətpərəstliyə sürüklədi və yavaş-yavaş egoistlik hiss olunurdu. Həmin kollektivdə görünürdü ki,get-gedə uşaqların sayı azalırdı. Mən hər şeyə rəğmən dostluğumuzu birləşdirmək istəyirdim. Vəziyyət elə olmuşdu ki,küsüb ayrılanlar da var idi. Onlara görə "egoist"lərlə dalaşmışdım da. Nə desəm də,onlar özlərini haqlı çıxardırdılar. Artıq gec idi. Onlar egolarının qurbanı olmuşdular. Nə qədər uzatsam da,hər kəs dağılmağa başlayırdı. 5-6 nəfər qalmışdıq. Onların içində biri mənə elə pislik elədi ki,hələ də digərlərinin vecinə də deyiləm. Bəlkə də o qız olduğu üçün onun ideyasını doğru görürlər. Amma qız da olsa,oğlan da olsa,dostu dostdan ayırmaq pislikdir. Onun hərəkəti üzündən heç mən də kollektivdə qala bilmirdim. Elə şərait yaratmışdı ki,məndən çox onun tərəfində idilər. Sonda mən də onlardan ayrılmaq qərarına gəldim. Çox acı olsa da,tərk elədim onları. Onları öz egoları ilə baş-başa buraxdım. 
 İnana bilmirəm? O boyda kollektivdə hamı egoist idi?
 Yox,hamı yox. Kollektivdən ayrılanların əksəriyyəti egoist deyildi. Amma sona qədər qalanlar elə idilər.
 Bəs indi? İndi necəsən?
 Çox sağ ol,qardaşım,indi yaxşıyam. Məni dinlədiyin üçün sənə minnətdaram.
 Nə isə,boş ver. Bunlar da sənə həyat təcrübəsi oldu. Yəqin ki,bir də elələri ilə dostluq etməzsən.
 Bilirsən?! Mən ümumiyyətlə daha heç kimlə dostluq etməyəcəm. Çünki onlar mənim ilk yox,son təcrübəm idi. Ya dostlarım mənə pislik edirlər,ya da mən onlara. Ona görə də,ölənə kimi tənha yaşayacam. 
 Fikirlərin maraqlı idi. Səninlə tam razıyam. 
 Sağ ol
 Mm,saat 2-dir. Mən gedim. Səhər tez oyanmalıyam. Gecən xeyrə qalsın. Özünə yaxşı bax,belə şeylərə də fikir vermə.
 Qardaşım (arxasından qışqıraraq)
  Eşidirəm,nə deyirsən?
 Bir dənə dostum var idi,onu xatırlatmadım. O,egoist deyildi,amma onların içində qaldı. O qız mənim ən yaxşı dostum idi. Üzündən yaxşılıq hiss olunurdu. Heç kimin pisliyini istəməzdi. Çox ürəyi təmiz insan idi. O qədər  şirin qız idi ki,Bugs Bunny-yə oxşayırdı. Mən onu hərdən elə çağırıb sataşırdım ona. Onu hələ də çox istəyirəm.
 Bunu niyə mənə deyirsən?
 Demək istəyirəm ki,qardaşım,kollektivdəki heç bir  könüllü onun dırnağı belə ola bilməz. Onların hamısını birləşdirsən,bir dənə o qız eləmir. Heyif ki,bu sözləri onlara deyə bilməmişəm.
 Qardaşım,de,mütləq de, o dostunun da bunları bilməyə ehtiyacı var. Sənin sözünə inanmasalar da,inansalar da,hər cür o qız onlardan üstündür.


                                                           "Əlvida"   

No comments:

Post a Comment