Hi. If you wanna read this article, you just should know English. Don't you? What's a pity. Ok. Let me recommend you. Copy this article to website translate.google.com, then click on the button "translate". That's all. If you're lazy,just f**k off. Don't care. Do you hate me?! Then I don't care. If you don't want to read, you will not. If you'll read till the end, then listen. There are some people who joke with friends, but they don't accept others' jokes. They are silly and unfortunately poor people. In fact, they are unlucky person. That's why, they want other people to be unlucky too. I know nobody wants to become unlucky like those people. At that time what you're gonna do it's just don't be friend with them. After bein' alone, he or she will try to find mistakes which he or she had ever done. If they find their faults, they will automatically try to change themselves. There doesn't exist a bad person. There exist unlucky person. Could you catch it now? Dr.Dre said: "I need a doctor,to bring me back to life.". If you suppose that you're a good and lucky person, then let's help them (unlucky people). I would love to tell you many things about this topic. But I know that you will not read till the end. Therefore, I'm leaving you alone with this song.
Wednesday, April 25, 2012
Wednesday, April 18, 2012
"MƏN"talitet
Sizə kim lazımdır? Ümumiyyətlə,siz kimsiniz? Məəən?! Mən tanrıyam.Məni söymək olmaz,mənə hörmət eləmək lazımdır.Hamıdan çox mənim sevgiyə ehtiyacım var.Dindarsan?! Bağışla,sənallah,bilmədim.Mən əslində heç kiməm.Söyüş söymürəm,içki içmirəm,narkotik maddə qəbul etmirəm.Arada əsəbiləşəndə siqaret çəkirəm.Amma onu da tərgidəcəm.Dindar deyilsən?! Nə yaxşı.Onda gəl söhbət edək.Məni heç kim sevmir.Heç sən də sevmə.Dindar olmasan da,ən azından teistsən (tanrını qəbul edib,ona ibadət etməyən,heç bir dinə mənsub olmayan).Sənin yəqin ki zarafat etməkdən xoşun gəlir.Ya da səninlə zarafat edənə,ikiqatını qaytarırsan.Düz eləyirsən.Sındırmaq lazımdır ki,zirvədə həmişə sən olasan.Bəs belədir də.Hər yerdə ancaq "MƏN" olmalıdır.Dostunla təkbətək olanda,bir-birinizlə zarafatlaşmaq,yanınızda başqası olanda isə dostunun zarafatına onun etdiyindən ağır zarafat etməklə cavab vermək lazımdır.Həyat budur.Yalnız "MƏN".Nəyinə lazımdır dost?! Sən öz mənafeyinə görə dostunu "basdırmalısan".Bir tanışımın da dediyi kimi: "Bir budağını qıranın ağacını kökündən çıxartmalısan.".Kimsə səni bir dəfə söydü? Sən onu on dəfə söy.Kimsə sənə ancaq yumruq vurdu? Sən onu tək yumruqla yox,təpiklə də vur.İslam peyğəmbəri deyib: "Sənə edilən pisliyə,ancaq eynisi ilə cavab qaytar.".Misal üçün,kimsə sənə "eşşək" dedisə,ona ancaq "eşşək" deyə cavab qaytara bilərsən.Yox əgər həm eşşək,həm də yekəbaş desən,artıq dediyin "yekəbaş" söyüşü əlavə olduğu üçün,günah qazanacaqsan.Xristiyan peyğəmbəri isə belə deyib: "Sənin bir üzünə sillə vurana,digər üzünü çevir.".Yəni kimsə sənə sillə vurdusa,o biri üzünü çevir,ora da vursun.Onsuz da günah ona yazılır.Əgər qarşılıq qaytarsan,onda sən günah qazanarsan.Bu aforizmlərə fikir verməyin.Öz bildiyinizi edin.Söyün,döyün,atın,donuz əti yeyin,içki için.Həyata niyə gəlmisən?! Bilmirsən.Cavab axtarma.Ye-iç-kef elə.Dəlisən? Lap yaxşı.İstəyirsən ağıllı ol.Mənası yoxdur.Cənnət və cəhənnəm mövcud deyil.Nə istəyirsə,onu da elə.Komplekssiz ol.Mentalitet haqqında düşünmə."MƏN"talitet haqqında düşün.Eqoist ol.Ancaq özünü fikirləş.Başqasını fikirləşsən,nəyisə etməyə qorxsan,özünü bədbəxt hesab edəcəksən.Depressiyaya düşəcəksən.Bu isə çox pisdir.Axırda özünü öldürəssən.Bəs öldürsən nə olacaq? Sənin əvəzinə başqaları bu həyatdan həzz alacaq.Allahı neyləyirsən ee?! Heç fikirləşmə ki: "Birdən sabah öldüm? Tövbə eləmək üçün gec olacaq axı?".Allah səni sevir ki,sən də onu sevəsən?! Sevsəydi,indi bundan da yaxşı şəraitdə yaşayardın.Allahı görmədiyin kimi,o da səni görmür.İstədiyin qədər pislik elə,insanların xətrinə dəy.Hitlerdən nəyin əksikdir?!
Bu boş söhbətlərdən sonra böyük ehtimal yaranır ki,siz məni ateist və ya materiyalist (hər şeyin materiyadan,yəni öz-özünə yarandığına inanan) sanırsınız.Yox.Mən aqnostikəm (Allahın yaratdığı heç bir şeyin,hətta Allahın özünün də dərk oluna bilməməyinə inanan).İndi bu məqaləni oxuyub,bəziləriniz: "Kafir.Gör nələr deyir.İnsanları yolundan azdırır." deyirsiniz.Amma bəziləriniz isə: "Hə,düz deyir.Elə mənim düşündüyüm kimi düşünür." deyirsiniz.Ay sizinlə eyni düşündüyümü sananlar,əksəriniz facebook kimi sosial şəbəkələrdə qazandığınız dostlarınıza,bəyəndiyiniz səhifələrə baxıb,özünüzü ateist kimi qələmə verib,fəxr edirsiniz.Düz edirsiniz.İndi facebookda məşhur olmaq üçün lazım olan 8 taktikadan 2-si ateist olmaq və ya özünü ateist kimi aparmaqdır.İndi qayıdaq "dindar"ların mənim haqqında dediklərinə.Sizi başa düşürəm.Allahı sevirsiniz,dinini də həmçinin.Amma Allaha qovuşmaq istəyirsinizsə,ateistlərlə,materiyalistlərlə,deistlərlə də (Allahın kainatı,canlını yaratdığına,sonra isə onların taleyinə heç bir müdaxilə etmədiyinə inanan) dostluq etməlisiniz.Bəlkə də,düz fikirləşirsiniz.Onlar səhvdirlər,cəhənnəmdə yanacaqlar.Amma onlar da insandırlar.Heç bir dini görüşü sizin görüşünüzdən fərqli olan insanlara yuxarıdan-aşağı baxmayın.Mənim birinci abzasda yazdığım kinayəli yazımdan sonra,fikrinizi dəyişmək istəmirsinizsə,özünüz bilərsiniz.Onsuz da,əgər bu yazını oxumusunuzsa,yəqin ki,beyninizə girib.Həmişə dediyim kimi - Düşünün! Çünki yalnız düşünən insan öz səhvlərini görür.Amma görməməzlikdən gələnlər daha çoxdur.Onsuz da hamı özünü yaxşı insan hesab edir.Lakin heç kim başqaları haqda düşünmür.
Saturday, April 14, 2012
Axtarmırsan
Bir oğlan var idi.8 il sevgi axtarmışdı.Əsl sevgi.Sizin bildiyiniz kimi "oyuncaq" sevgi yox.Oğlanın artıq 19 yaşı var idi.Hələ də heç kimi sevməmişdi.Artıq ətrafında olanlar onun seksual baxışından şübhələnirdilər.Onun homoseksual olduğunu düşünürdülər.O,axırıncı dəfə (həyatında 3-cü dəfə) bir qızdan xoşu gəldi.Ancaq 6 ay sözünü ürəyində saxladığından sonra sevgisini qıza etiraf edə bildi.Həmin qız isə cavab olaraq heç nə demədi.Hətta onun üzünə belə baxmırdı.Onu heç adam yerinə qoymurdu.Depressiyaya düşmüş personajımız bir daha yenidən heç kimdən xoşu gələ bilməyəcəyini fikirləşirdi.Yalnız ölənə kimi tənha qalacağı ağlından keçirdi.Amma onun xoşu gəldiyi qızları heç vaxt sevməmişdi.Sevdiyini zənn edirdi.Heç qızlarla söhbət belə etməyi bacarmayan qardaşı belə sevgini tapmışdı.Amma o,hələ də tənha idi.Depressiyadan qurtula bilmirdi.Ölümdən başqa qurtuluş yolu tapa bilmirdi.Hər gün sevgili olmaq haqqında fikirləşirdi.Beynindən çıxarda bilmirdi.Əsəbi tavana vurmuşdu.Və bu əsəbini yatırtmaq üçün tipik üsul tapdı.Bu,siqaret çəkmək idi.Siqaretə başlayandan sonra,nikotin onu sakitləşdirirdi.Qətranın bronxlara,nikotinin hafizəyə ziyan olduğunu bilə-bilə,nikotinin əsəbləri sakitləşdirdiyini özünə talisman bilən bu oğlan,siqareti çəkməyə davam edirdi.Qardaşının ona yazığı gəlirdi.Amma nə etməli?! Siqaret onun yeganə "dərman"ı idi.Söyüş söyməyən,içki içməyən bu oğlanın siqaret çəkməsi hamıya qəribə gəlirdi.Necə olur axı bu?! Belə getsə,ona bu zəhəri tərgitməyə ancaq bir şey kömək edə bilərdi.O da siqaret istehsalının dayandırılmasıydı.Bu isə mümkün deyildi.Siqaret Azərbaycanda çörəkdən də çox alınan məmulatdır.Nə isə.Siqareti bir qırağa qoyaq.Sevgini tapa bilmədi bəs?! Gec də olsa,axır ki.Personajımız "X"ə qoşulanda orada,bir qızla tanış oldu.Nə yaxşı ki,oldu.Bu qıza qarşı,ondan əvvəl 3 nəfərə hiss elədiyi hisslərdən artığını hiss etdi.Bəli,bu sevgi idi.Sevgi hissi necə də gözəl hiss imiş.Başqa hisslərə bənzəmir.Hansısa oğlan bir qızın gözəl və ya qız bir oğlanın yaraşıqlı olduğunu görüb,ondan xoşu gəlir və elə hesab edir ki,onu sevir.Amma bu belə deyilmiş.O,gördüyü qızı tanıdıqdan sonra sevdi.Yəni yalnız gözəlliyinə deyil,özünə,xarakterinə vuruldu.Qızla "dostluq" edəndən sonra artıq etiraf etmənin zamanı gəlib çatdığını anladı.Dedi.Gözləmədiyi oldu.Çünki o,qızın etiraz edəcəyini düşünmüşdü.Lakin qız,ona şans verdi.Çünki qız özünü sevgidə sınamaq istədi.Oğlanla görüşdü,evə bir yerdə getdi,hər gün mesajlaşdı.Amma sevgini tapa bilmədi.Qız oğlanın ona qarşı hiss etdiklərini hiss etmədi.O,sevginin nə olduğunu bilmirdi.Utancaq idi və qorxu içində yaşayırdı.Qorxurdu ki,birdən ayrılarlar.Bəlkə də,qızın nə vaxtsa "sevgili"si olub və ayrılıblar.Ona görə,sevgiyə inanmır və ya sevməyi bacarmır.Bəlkə də,onun personajımızdan xoşu gəlirdi.Amma nəyə görəsə yenə də qorxurdu.Halbuki,oğlan ciddi idi.Sonunda sevgini tapmışdı.Və fikrini ömür boyu dəyişməyəcəkdi.Lakin qız ona inanmırdı.Onsuz da,90% qızlar oğlanlara birincidən inanmırlar.Nə olsun?! Bu oğlan,o qızdan başqa heç kimi sevməyəcək.Çünki sevgini məhz bu qızda tapıb.Onu qızdan yalnız ölüm ayıra bilər.Qızın sadəcə vaxta ehtiyacı var idi.O,gələcəkdə oğlanın sevgisini başa düşəcək.Təbii ki,o vaxta kimi oğlan ölməsə.Çünki o,depressiyaya geri dönmüşdü...
Bəli,əziz oxucular.Sinirləri zəif olanlar bu qısa hekayəni elə bu 3 nöqtəyə kimi oxusunlar.Amma hələ də davamını oxuyub,əsəbiləşmək istəyirsinizsə,onda buyurun.
Bu hekayəni oxuyub,ibrət götürməyin.Ondansa,düşünün.Əziz və hörmətli qızlarımız, "Filan oğlan yaraşıqlıdır,filan oğlan məşhurdur,filan oğlan varlıdır.Filan oğlan blablabla-dır.".Bunları düşünüb,sevməyin.Sevgi deyil bu.Simpatiya ilə sevgi arasında hələ də fərq qoya bilmirsinizsə,gedin ölün.Xətrinizə dəydi?! Bağışlayın.Axı siz zərif məxluqsunuz.Sizə sözün düzünü belə demək olmaz.Siz bunu da təhqir hesab edirsiniz.Bəs nə deyək?! Siz çox gözəl,ağıllı,tərbiyəli qızsınız.Yaxşı.Siz elə hesab edin.Sizi guya sevənlər isə başqa şeyi hesab edirlər;sizinlə vaxt keçirməyi.Hələ maraqlısı burasındadır ki,bunu bilə-bilə o sizi "sevənlər" ilə yenə də "sevgili"siniz.Yəni qəbul edirsiniz də,sizi sevməyən,sizə oyuncaq kimi baxan oğlanla birlikdə olmağı?! Bu sözlərdən sonra hələ də düşünmək istəmirsənsə,bayaq da dediyim kimi: "GET ÖL!".
P.S:Əgər sizə hekayədəki oğlanın sonrakı taleyi maraqlıdırsa,deyim.Oğlan dilemma qarşısındadır;ya o qız,ya da ölüm.Həyat onun vecinə də deyil...

Sunday, April 8, 2012
Hansını seçirsən?
Xəbərdarlıq! Bundan əvvəlki yazımı oxuyub,tələsənlər,bu yazını oxumasanız,yaxşı olar.
İndi isə keçək mətləbə.Həyatda olan və dini-fəlsəfi inancı olan insanların çoxu cənnətə düşməyi arzulayır.Amma hamı cənnətə düşsə,cəhənnəm boş qalar.Belə olmaz məncə.Çünki Allaha ayıb olar.Əziyyət çəkib cəhənnəmi də yaradıb,ora da düşmək lazımdır.Yoxsa əməyi boş olar.Qayıdaq başlığa.Hansını seçirsən? Cənnəti,yoxsa cəhənnəmi? Əlbəttə ki,cənnəti.Deməli,yaxşı insan olmaq istəyirsən? Günahsız həyatını başa vurmaq? Qurduğun xəyal çox maraqlıdır,bir söz deyə bilmərəm,axı bu sənin subyektiv fikrindir.Yaxşı onda de görüm yaxşı insan olmaq üçün nə etmək lazımdır? Yaxşılıq etmək?! Bəli,bəli,düz tapdın.Bəs bunu kimə etmək lazımdır? Yəni kimə yaxşılıq etmək düzgün olardı? Cavabı fikirləşmə.Hamımız bilirik kimə.Ən birinci ailə üzvlərinə,sonra qohum-əqrəbaya,sonra da yaxın dostlar və yaxşı hesab etdiyin insanlara.Niyə? Xeyir ola?! Xeyirullahın toyudur.Yaxşı.Lap yaxşı.Ailə üzvlərin sənin ən yaxınlarındır və onlarla yaxşı davranmalısan.Pis davransan camaat nə deyər?! "Ayıb olsun.Adam atasına,anasına,böyük qardaşına və ya bacısına cavab qaytarar?! O səndən balacadır,heç utanmırsan?! Adam kiçiyə əl qaldırar?!".Yaxşı bəs qohum-əqrəba? Onlar isə ümumən ayıbdır deyə.Yaxşı bəs dostlar və yaxşı hesab etdiyin tanışlar? Onlar birinci kateqoriyaya aiddir: "Filankəs nə deyər?!".Düz fikirləşirsən.Bunları elədin və gözləyirsən ki,cənnətə düşəssən?! Smayliklərin əvəzinə orta barmaq işarəsi olsaydı,indicə qoyardım bura.Yoooxxx.Ona filana görə,buna falana görə yaxşılıq edib,yaxşı insan olduğunu sanırsan?! Ay İnsan,fikirləş ki,sənin kimi ətrafında çoxları var.Deməli,onlar da yaxşı insandırlar?! Onlar da sənə filana görə yaxşılıq edirlər dəə.Nə oldu?! Bildiklərin yalan çıxdı?! Bəs sən nə gözləyirdin?! Pis adamın yazısı,pis olar.Hə,xətrinə dəydim.Mən pis insanam.Mən də çoxuna qarşı bir səbəbə görə yaxşılıq edirəm.Amma hamıya yox.Sizlər qarşılıq gözləyirsiz.Biri sizə 10 dəfə yaxşılıq edib,1 dəfə pislik (siz elə sanırsız) edəndə,pis adam olur.Hamını özünüzə sərf edən kimi mühakimə edirsiniz.İndi hansını seçirsiz?! Yenə də cənnəti?! Düşüncənizi dəyişin.Allah cənnəti dindarlar üçün yaratmayıb.Onsuz da,onlar cənnətdə yer qazanmaq üçün dindar olurlar.Cənnət üçün yaşayan,cənnətdən məhrum olar.Nə istəyirsizsə,edin.Hamı islam dininin peyğəmbərindən kəlamları sitat kimi gətirir.Amma heç kim Adəmin dövründən sitat gətirmir.Sevdiyim bir insan mənə melodrama janrında gözəl bir kinoya baxmağı məsləhət gördü.Kinoya baxdım və ondan aldığım mesaj bu idi: "İnsanlara nəyinsə xətrinə deyil,onların özlərinə görə dəyər verin.".Bu ideologiyaya mən çoxdan qoşulmuşdum.O sevdiyim bir insanın da bu kinoya olduğu simpatiyası məni sevindirdi.Onun və ümumuyyətlə belə ideologiya ilə yaşayan insanların düşüncəsi təmizdir.Sizin düşüncəniz isə kirlidir.Təmizləmək üçün mənim bu gic-gic sözlərim bəs eləməz.Задумайтесь!
P.S: Hə,rus dilini bilirəm.Sən bilmirsən?! Gözümə kimi...

Subscribe to:
Posts (Atom)