Xəbərdarlıq! Bundan əvvəlki yazımı oxuyub,tələsənlər,bu yazını oxumasanız,yaxşı olar.
İndi isə keçək mətləbə.Həyatda olan və dini-fəlsəfi inancı olan insanların çoxu cənnətə düşməyi arzulayır.Amma hamı cənnətə düşsə,cəhənnəm boş qalar.Belə olmaz məncə.Çünki Allaha ayıb olar.Əziyyət çəkib cəhənnəmi də yaradıb,ora da düşmək lazımdır.Yoxsa əməyi boş olar.Qayıdaq başlığa.Hansını seçirsən? Cənnəti,yoxsa cəhənnəmi? Əlbəttə ki,cənnəti.Deməli,yaxşı insan olmaq istəyirsən? Günahsız həyatını başa vurmaq? Qurduğun xəyal çox maraqlıdır,bir söz deyə bilmərəm,axı bu sənin subyektiv fikrindir.Yaxşı onda de görüm yaxşı insan olmaq üçün nə etmək lazımdır? Yaxşılıq etmək?! Bəli,bəli,düz tapdın.Bəs bunu kimə etmək lazımdır? Yəni kimə yaxşılıq etmək düzgün olardı? Cavabı fikirləşmə.Hamımız bilirik kimə.Ən birinci ailə üzvlərinə,sonra qohum-əqrəbaya,sonra da yaxın dostlar və yaxşı hesab etdiyin insanlara.Niyə? Xeyir ola?! Xeyirullahın toyudur.Yaxşı.Lap yaxşı.Ailə üzvlərin sənin ən yaxınlarındır və onlarla yaxşı davranmalısan.Pis davransan camaat nə deyər?! "Ayıb olsun.Adam atasına,anasına,böyük qardaşına və ya bacısına cavab qaytarar?! O səndən balacadır,heç utanmırsan?! Adam kiçiyə əl qaldırar?!".Yaxşı bəs qohum-əqrəba? Onlar isə ümumən ayıbdır deyə.Yaxşı bəs dostlar və yaxşı hesab etdiyin tanışlar? Onlar birinci kateqoriyaya aiddir: "Filankəs nə deyər?!".Düz fikirləşirsən.Bunları elədin və gözləyirsən ki,cənnətə düşəssən?! Smayliklərin əvəzinə orta barmaq işarəsi olsaydı,indicə qoyardım bura.Yoooxxx.Ona filana görə,buna falana görə yaxşılıq edib,yaxşı insan olduğunu sanırsan?! Ay İnsan,fikirləş ki,sənin kimi ətrafında çoxları var.Deməli,onlar da yaxşı insandırlar?! Onlar da sənə filana görə yaxşılıq edirlər dəə.Nə oldu?! Bildiklərin yalan çıxdı?! Bəs sən nə gözləyirdin?! Pis adamın yazısı,pis olar.Hə,xətrinə dəydim.Mən pis insanam.Mən də çoxuna qarşı bir səbəbə görə yaxşılıq edirəm.Amma hamıya yox.Sizlər qarşılıq gözləyirsiz.Biri sizə 10 dəfə yaxşılıq edib,1 dəfə pislik (siz elə sanırsız) edəndə,pis adam olur.Hamını özünüzə sərf edən kimi mühakimə edirsiniz.İndi hansını seçirsiz?! Yenə də cənnəti?! Düşüncənizi dəyişin.Allah cənnəti dindarlar üçün yaratmayıb.Onsuz da,onlar cənnətdə yer qazanmaq üçün dindar olurlar.Cənnət üçün yaşayan,cənnətdən məhrum olar.Nə istəyirsizsə,edin.Hamı islam dininin peyğəmbərindən kəlamları sitat kimi gətirir.Amma heç kim Adəmin dövründən sitat gətirmir.Sevdiyim bir insan mənə melodrama janrında gözəl bir kinoya baxmağı məsləhət gördü.Kinoya baxdım və ondan aldığım mesaj bu idi: "İnsanlara nəyinsə xətrinə deyil,onların özlərinə görə dəyər verin.".Bu ideologiyaya mən çoxdan qoşulmuşdum.O sevdiyim bir insanın da bu kinoya olduğu simpatiyası məni sevindirdi.Onun və ümumuyyətlə belə ideologiya ilə yaşayan insanların düşüncəsi təmizdir.Sizin düşüncəniz isə kirlidir.Təmizləmək üçün mənim bu gic-gic sözlərim bəs eləməz.Задумайтесь!
P.S: Hə,rus dilini bilirəm.Sən bilmirsən?! Gözümə kimi...

No comments:
Post a Comment