Sizə kim lazımdır? Ümumiyyətlə,siz kimsiniz? Məəən?! Mən tanrıyam.Məni söymək olmaz,mənə hörmət eləmək lazımdır.Hamıdan çox mənim sevgiyə ehtiyacım var.Dindarsan?! Bağışla,sənallah,bilmədim.Mən əslində heç kiməm.Söyüş söymürəm,içki içmirəm,narkotik maddə qəbul etmirəm.Arada əsəbiləşəndə siqaret çəkirəm.Amma onu da tərgidəcəm.Dindar deyilsən?! Nə yaxşı.Onda gəl söhbət edək.Məni heç kim sevmir.Heç sən də sevmə.Dindar olmasan da,ən azından teistsən (tanrını qəbul edib,ona ibadət etməyən,heç bir dinə mənsub olmayan).Sənin yəqin ki zarafat etməkdən xoşun gəlir.Ya da səninlə zarafat edənə,ikiqatını qaytarırsan.Düz eləyirsən.Sındırmaq lazımdır ki,zirvədə həmişə sən olasan.Bəs belədir də.Hər yerdə ancaq "MƏN" olmalıdır.Dostunla təkbətək olanda,bir-birinizlə zarafatlaşmaq,yanınızda başqası olanda isə dostunun zarafatına onun etdiyindən ağır zarafat etməklə cavab vermək lazımdır.Həyat budur.Yalnız "MƏN".Nəyinə lazımdır dost?! Sən öz mənafeyinə görə dostunu "basdırmalısan".Bir tanışımın da dediyi kimi: "Bir budağını qıranın ağacını kökündən çıxartmalısan.".Kimsə səni bir dəfə söydü? Sən onu on dəfə söy.Kimsə sənə ancaq yumruq vurdu? Sən onu tək yumruqla yox,təpiklə də vur.İslam peyğəmbəri deyib: "Sənə edilən pisliyə,ancaq eynisi ilə cavab qaytar.".Misal üçün,kimsə sənə "eşşək" dedisə,ona ancaq "eşşək" deyə cavab qaytara bilərsən.Yox əgər həm eşşək,həm də yekəbaş desən,artıq dediyin "yekəbaş" söyüşü əlavə olduğu üçün,günah qazanacaqsan.Xristiyan peyğəmbəri isə belə deyib: "Sənin bir üzünə sillə vurana,digər üzünü çevir.".Yəni kimsə sənə sillə vurdusa,o biri üzünü çevir,ora da vursun.Onsuz da günah ona yazılır.Əgər qarşılıq qaytarsan,onda sən günah qazanarsan.Bu aforizmlərə fikir verməyin.Öz bildiyinizi edin.Söyün,döyün,atın,donuz əti yeyin,içki için.Həyata niyə gəlmisən?! Bilmirsən.Cavab axtarma.Ye-iç-kef elə.Dəlisən? Lap yaxşı.İstəyirsən ağıllı ol.Mənası yoxdur.Cənnət və cəhənnəm mövcud deyil.Nə istəyirsə,onu da elə.Komplekssiz ol.Mentalitet haqqında düşünmə."MƏN"talitet haqqında düşün.Eqoist ol.Ancaq özünü fikirləş.Başqasını fikirləşsən,nəyisə etməyə qorxsan,özünü bədbəxt hesab edəcəksən.Depressiyaya düşəcəksən.Bu isə çox pisdir.Axırda özünü öldürəssən.Bəs öldürsən nə olacaq? Sənin əvəzinə başqaları bu həyatdan həzz alacaq.Allahı neyləyirsən ee?! Heç fikirləşmə ki: "Birdən sabah öldüm? Tövbə eləmək üçün gec olacaq axı?".Allah səni sevir ki,sən də onu sevəsən?! Sevsəydi,indi bundan da yaxşı şəraitdə yaşayardın.Allahı görmədiyin kimi,o da səni görmür.İstədiyin qədər pislik elə,insanların xətrinə dəy.Hitlerdən nəyin əksikdir?!
Bu boş söhbətlərdən sonra böyük ehtimal yaranır ki,siz məni ateist və ya materiyalist (hər şeyin materiyadan,yəni öz-özünə yarandığına inanan) sanırsınız.Yox.Mən aqnostikəm (Allahın yaratdığı heç bir şeyin,hətta Allahın özünün də dərk oluna bilməməyinə inanan).İndi bu məqaləni oxuyub,bəziləriniz: "Kafir.Gör nələr deyir.İnsanları yolundan azdırır." deyirsiniz.Amma bəziləriniz isə: "Hə,düz deyir.Elə mənim düşündüyüm kimi düşünür." deyirsiniz.Ay sizinlə eyni düşündüyümü sananlar,əksəriniz facebook kimi sosial şəbəkələrdə qazandığınız dostlarınıza,bəyəndiyiniz səhifələrə baxıb,özünüzü ateist kimi qələmə verib,fəxr edirsiniz.Düz edirsiniz.İndi facebookda məşhur olmaq üçün lazım olan 8 taktikadan 2-si ateist olmaq və ya özünü ateist kimi aparmaqdır.İndi qayıdaq "dindar"ların mənim haqqında dediklərinə.Sizi başa düşürəm.Allahı sevirsiniz,dinini də həmçinin.Amma Allaha qovuşmaq istəyirsinizsə,ateistlərlə,materiyalistlərlə,deistlərlə də (Allahın kainatı,canlını yaratdığına,sonra isə onların taleyinə heç bir müdaxilə etmədiyinə inanan) dostluq etməlisiniz.Bəlkə də,düz fikirləşirsiniz.Onlar səhvdirlər,cəhənnəmdə yanacaqlar.Amma onlar da insandırlar.Heç bir dini görüşü sizin görüşünüzdən fərqli olan insanlara yuxarıdan-aşağı baxmayın.Mənim birinci abzasda yazdığım kinayəli yazımdan sonra,fikrinizi dəyişmək istəmirsinizsə,özünüz bilərsiniz.Onsuz da,əgər bu yazını oxumusunuzsa,yəqin ki,beyninizə girib.Həmişə dediyim kimi - Düşünün! Çünki yalnız düşünən insan öz səhvlərini görür.Amma görməməzlikdən gələnlər daha çoxdur.Onsuz da hamı özünü yaxşı insan hesab edir.Lakin heç kim başqaları haqda düşünmür.
No comments:
Post a Comment