Friday, March 30, 2012

Tələsmə!

Yox,tələsmə.Nə olub?! Dünyanın axırı deyil ki?! Mən sənə başlığı oxuduqdan sonra mütləq davam elə deməmişəm.Hələ də oxuyursan? Özün bilərsən.Yaxşı,sən qazandın.Mən səni sınadım.Əgər tələsdinsə,düz elədin.Kef elə.Tələs.Həyatda hər şeyə tələs.Heç vaxt fikirləşmə.Özünə düşünmək üçün maksimum qoyacağın vaxt 10 saniyədən artıq olmasın.Yoxsa gec olacaq və istədiyini etməyə tərəddüd yaranacaq.İstəyirsən? Onda tələs.Atalar nə deyib? "Tələsən təndirə düşər"? Fikir vermə.Uşaq deyilsən ki?! Bunu o vaxtın ataları deyib.İndiki atalar da bilir ki,tələsmək lazımdır.Ya sən edəcəksən,ya da sənin əvəzinə başqası edəcək.Və əlbəttə ki,sən uduzacaqsan.Udan isə həmişə rəqibin olacaq.Deyək ki,səndə 248 manat pul var.United sports-a getmisən.Elə-belə.Bir şey almaq istəmirsən.Sadəcə dostun görməmişdir və bahalı məhsullara baxıb ləzzət alır.Amma tək girib baxmağa utanır,ona görə də,səni də özüylə aparıb.Nəysə.Girdin içəri və gözünə bir rolik sataşdı.Onu görər görməz xülya qurmağa başladın;bu roliklə şəhərdə fırlanırsan,qızlar sənə baxır,sən naxadu simpatiçni oğlan olursan,qız tutursan,gedib onunla yatırsan və bomba oğlan olursan,blatın artır.Bəh-bəh.Yaxşı xəyaldır,hə? Amma bu rolikdən satışda ancaq bir dənə qalıb.Fikirləşmə ki "yolpulum qalmayacaq".Tələs və o roliki birinci sən al.Pulun da çatır.Düz 248 manatdır rolik.Amma tələsməsən,dükana başqası girir,həmin rolikdən xoşu gəlir və səndən qabaq alır.Sən fikirləşənə kimi ki "Görəsən alım? Bəs alsam yolpulum qalmayacaq axı... Əşşi eybi yox.Alım dostum verər yolpulumu.",o başqası artıq çoxdan alıb dükandan çıxmış olacaq.Necədir? Bəyənmədin? Niyə?! Yəqin ki,fikirləşirsən ki "Puah,mən elə oğlanlardan deyiləm.Mənim ağlımdan qız fırlatmaq keçməz heç vaxt.Mən yaxşı oğlanam.".Onda qırıl,ay yaxşı oğlan.Qızlara məsləhət görərəm.Dünyada tək cins yoxdur.Qadın cinsi də var.Nə olsun səndə olan onda yoxdur.Zato o səndən çox şey istəyir.Ay bunu oxuyan qız.Fikirləş ki,bir oğlandan xoşun gəlir.Amma o oğlan səni bəyənmir.Çünki sən çox qapalı geyinirsən.Ancaq onu açıq geyinənlər cəzb edir.Evdəkilərə deyə bilmirsən ki,sənə mini yubka,dekolteli köynək alsınlar.Amma səndə pul var,deyək ki,stipendiya alırsan.Stipendiya kartına baxırsan və görürsən ki,pul hələ gəlməyib.Əsəbiləşirsən.Öyrənirsən ki,oğlan facebookda "in open relationship" eləyib və status yazıb: "Cazibədar qız axtarıram <3"
Üç dənə qız bu statusu bəyənir;sən və 2 sənin universitetdən tanıdığın qızlar.Və bilirsən ki,onlar açıq geyinirlər.Qanın qaralır.Oğlan sabah saat 3-ə görüş təyin edir hər üçünüzə.Bu anda daha da qanın qaralır.Həyətə gedib yaxınlıqdakı bankomatda kartı yoxlayırsan.Vəə...Və pul karta gəlib.Düşünmə.Heç nə düşünmə.Stipendiyanın hamısını götür və get özünə cazibəli,açıq geyimləri al.Aldın? Lap yaxşı. İndi isə qaldı görüş.Görüşə hamıdan tez get.Hətta oğlandan da.Tələs.Bəs bu necədir? Sən də bu yazını oxuyan oğlan kimi fikirləşirsən? Eee. Nə oldu day?! Biriniz bəyənin də fikrimi.İndi də sən deyirsən ki: "Aaa,tərbiyəsiz.Mən elə qızlardan deyiləm.Tfuu.Gör bunun məsləhətinə bax hələ.Heç qıza belə şey deyərlər?!".
Vecimə deyilsiz hər ikiniz.Maraqlı deyildi?! Tərbiyədən,mentalitetimizdən kənar idi?! Bəs niyə bu yazını oxudun axıra kimi?! Yaxşı,bura kimi gəlmisənsə,onda bunu da deyim: "Başlığı oxuyanda fikirləşdin ki,hekayə yazmışam? Yox. Definitely YOX. Sən bu bloga girəndə sağa baxmısan? Ayy sağol. Gördün? Nə yazılıb? İndi başa düşdün niyə başlığın adı Tələsmə!-dir? Tələsməməliydin.Birinci mənim haqqımda oxuyardın,sonra bu yazını oxuyardın.Bax onda mənim dediklərimə tez neqativ reaksiya göstərməzdin.".Nə oldu? Əsəbiləşdin? Bax beləsiz! Mən pis söz deyən kimi pis adam oluram.Amma siz mənim haqqımda pis fikirləşəndə,məni söyəndə peyğəmbər olursuz.Həqiqəti axtar.Bəlkə,onda dəyişər xasiyyətin....

Monday, March 26, 2012

Heç nə...

İnsanlar nə gözləyir? "Tanışım təzə blog açıb.Girim görüm nə yazıb?!". Heç nə.Yazmağa bir şey yoxdur.Deməyə bəlkə də çox şey var. Amma yazmaq deməyi bəzən asanlaşdırır.Məsələn,mən.Mən danışa bilmirəm.Yooox,lal deyiləm.Amma çox vaxt sözlərimi deməyə çəkinirəm.Ağlıma bu fikirlər gəlir: "Birdən xətrinə dəyərəm.Lazım deyil.Deməyim.Özü başa düşər.". Amma başa düşmür ki,düşmür.Həyat belədir.Gərək ya cəsarətin olsun,üzünə deyəsən,ya da yazasan.Məktub yazıb,verəsən,ya nə bilim,facebookda pm göndərəsən.Çoxunun etdiyi şey.Gözləmirsən ki,nə cavab yazacaq.Amma fikirləşirsən ki,sözümü dedim.Lakin sözünə cavab gəlmirsə,deməli tənhasan.Heç oxuyan da yoxdur.Onda daha da pis.Gözləməsin kimsə nəsə.Yalnız həvəsi varsa,oxusun.Onda heç olmasa təsəlli yaranar ki,bildi.Cavab yazmasa da,bildi.Olur ki,sevirsən birini,deyə bilmirsən ona.Bir gün bütün cəsarətini toplayıb,gedib demək istəyirsən.Amma qorxursan ki,birdən səndən soyuyar.Sonda mesaj yazırsan.O ümidlə ki,bəlkə cavab yazar.Ancaq cavab gəlmir,səninlə üz-üzə gəlmir,səninlə salam-sağoldan başqa heç bir ünsiyyət qurmur.Demək olar ki,səni adam yerinə qoymur.Əsəbiləşirsən,depressiya dərəcəsinə çatırsan.Sonra? Sonra fikirləşirsən ki,cavab yazmasa da,bildi.Bildi ki,onu sevən var.Və o mənəm.Gözündə az da olsa,bir dəyərin var.Belə təsəlli verirsən özün-özünə.Amma nolsun?! Nə əldə elədin? HEÇ NƏ!
Elə bu yazı da "heç nə"dən ibarət idi.Bunu oxuyanın heç vecinə də deyil.O anlamaz,necə ki,"O"nu anlamadılar...