Bir oğlan olur. O,bankda mühasib işləyir və hər gün nələrisə hesablayır. Şəhərin ucqar bir yerində kirayə qaldığı mənzili var. Hər səhər saat 7-də oyanır,kiçik səhər yeməyi yeyib işinə tələsir. Heç bir dənə də dostu yoxdur. 5-6 ildir ki,ailəsindən ayrı yaşayır. Onlarla yalnız ildə 1 dəfə görüşürdü,son 2 ildir isə heç görüşməyib. Axşam işdən qayıdan kimi yeməyini yeyir,bir az televizora baxır,sonra yatır. Yəni bu oğlanın çox rəngsiz həyatı var. Lakin bir gün bankda müdir onu yeni mühasib köməkçisi ilə tanış edir. Oğlanın həyatında o qızla tanışlıqdan sonra dəyişikliklər baş verir. Qız nə qədər utancaq olsa da,oğlan ondan da utancaq və həmçinin vecsizdir. Oğlanın vecsizliyi qızda ona qarşı simpatiya yaradır. Hər iş günü qız onunla görüşəndə "Necəsən?" deyə hal-əhvalını soruşur,amma oğlan ancaq "Yaxşıyam,sağ ol." deyə cavab verir. Qız isə oğlanın da cavabla bərabər ondan da əhvalını soruşmasını istəyir. Oğlanın bu cür davranışları qızı özünə daha da çox bağlayır. Qız artıq oğlanı əldə etməyi özünə borc bilməyə başlamışdı. Nə olursa-olsun onu özünə aşiq etməliydi.
Bankın 10 illiyi münasibətilə möhtəşəm yubiley məclisi hazırlanmışdı. Buraya qız oğlanla bir yerdə gəlmişdi. Ona "Bir yerdə rəqs edək?" deyə soruşduqda,oğlan imtina etmiş,oynamağı bacarmadığını demişdi. Qız heç də geri çəkilmək fikrində deyildi və birdən oğlanın əlindən tutub onunla rəqs etdi. Oğlan utancından qızın üzünə baxa bilmirdi. Qız isə oğlana artıq vurulmuşdu,onun qıza vurulmasını istəyirdi. Qız oğlandan 2 qədəh şampan gətirməsini xahiş etdi. Bunları içəndən sonra daha 2 qədəh istədi. Sonda bu qədəhlər oldu 8 qədəh. Oğlan çox sərxoş olmuşdu. Qız şansı əldən verməyib,oğlanı evinə aparmağa kömək etdi. Qız taksi sürücüsünə oğlanın evinin yolunu göstərirdi,oğlan isə taksidə yuxuya getmişdi. Evə gəlib çatdılar. Qız oğlanı ayıldıb evə qaldırdı. İçəri daxil olub,oğlanı divana uzatdı. Tez mətbəxə gedib,oğlana qəhvə hazırladı. Bir az keçəndən sonra oğlan baş ağrısıyla oyandı. Qıza onu evə gətirdiyinə görə minnətdarlığını bildirdi. Qıza "Artıq gecdi,istəyirsən burada qal,sabah işə də bir yerdə gedərik." dedi. Bu təklif qızın da xoşuna gəldi. Onlar divanda oturub söhbət edirdilər. Qız sevinirdi ki,oğlan onunla söhbət edir. Oğlanın da ondan xoşu gəldiyindən xəbərsiz qız oğlandan xoş sözlər eşidirdi. Qız axır ki,əmin oldu ki,sevgisi qarşılıqlıdır. Qəfildən qız oğlanın dodaqlarına tullandı. Oğlan şokdaydı. Amma ona ləzzət edirdi. Çünki onun heç vaxt sevgilisi olmamışdı.
Səhər həmişəki kimi səhər saat 7-də oğlan oyandı. Tez sağa döndü. Yatağında qızın hələ də yatdığını görüb əmin oldu ki,dünən baş verənlər yuxu deyildi. O,özünü xoşbəxt hiss edirdi. Onun artıq rəngli həyatı var idi. Qızı oyatdı və "Dur,səhər yeməyi hazırlamışam." dedi. Bir yerdə səhər yeməyi yedilər və hazırlaşıb iş yerinə bir yerdə getdilər. Hər günləri bir yerdə keçirdi. Bir-birilərindən ayrılmırdılar. Oğlan qıza onun evinə köçməsini təklif etmişdi. Qız isə sevinə-sevinə "hə" demişdi. Ər-arvad kimi yaşayırdılar. Bütün tanıdıqları onların sevgili olduqlarından və bir evdə yaşamalarından xəbəri var idi.
8 ay keçmişdi. Oğlan qızda aqressiya hiss edirdi. Yəqin işin stressindən olar deyə heç nə demirdi. Amma qızın hər gün boş şeylərdən çıxartdığı dava oğlanı şübhələndirirdi. Oğlan sevgisindən düz də olsa,üzr istəyirdi. Ancaq qızın əsəbi düzəlmirdi ki,düzəlmirdi. Oğlan psixoloqa getməyini təklif elədi,amma bu da yeni dava mövzusuna çevrildi. Oğlan nə edəcəyini bilmirdi. Qızın halına ürəyi ağrayırdı,lakin əlindən də bir şey gəlmirdi. Qızı sakitləşdirmək,əvvəlki halına döndərmək üçün eləmədiyi şey qalmamışdı. Çox narahat idi. Rəngli həyatından çox məmnun idi. Amma vaxt gəldi və səhər qızı yatağında görmədi. Qız işdə də yox idi. Telefonuna da zəng çatmırdı. Heç bir dostuna tanışına da xəbər vermədən yoxa çıxmışdı. Oğlan sonuncu çarə olaraq polisə müraciət elədi. Qız öz doğma vətəninə,ailəsinin yanına getmişdi. Oğlan o şəhərə gedib çatana kimi isə qız qayıdıb oğlanın evinin qapısının bağlı olduğunu görüb,geri qayıtmışdı. Oğlan oraya çatanda isə,ailəsi "Qız sənin evinə getdi" dedi. Oğlan heç nəyi gözləmədən tez geri qayıtdı. Qapısının aşağısında bir zərf gördü. Onu götürüb içəri girdi. Ev boş idi. Oğlan zərfi açıb oxumağa başladı.
"Sevgilim,mən səni ilk görəndən sən məndə maraq oyatmışdın. Başqa kişilərdən fərqli olduğun üçün,qadınlara qarşı çox istəkli olmadığın üçün sənə simpatiyam yaranmışdı. Səni əldə etməyi çox istəyirdim. Bir gün əlimə şans düşdü və mən bunu dəyərləndirdim. Səninlə gecə yatdım və səninlə sevgili olduq,bir yerdə yaşadıq. Amma sənin və özümün sevgimdən son zamanlar şübhəli idim. Sən bu qədər şərait içində mənə evlənmə təklifi etmirdin. Mənimsə sənə qartıq sevgim ölmüşdü. Onsuz da,mən bir anlıq həvəs xətrinə səni sevmişdim. Səni əldə edə biləndən sonra sanki sən asan biri kimi gəldin mənə. Nə isə. Görünür,ikimiz də əslində bir-birimizi sevməmişik. Əlvida,xoşbəxt ol!..."
Oğlan bu məktubu oxuyarkən ağlamağa başladı. Dözə bilmədi bu qəlb ağrısına. Divara söykənib,yerə çöküb ürəkdən,balaca uşaq kimi ağladı. Və bundan sonra ağ-qara həyatı yenə davam etməyə başlayacaqdı...
Bu yazdığım hekayə deyil,bu da məqalədir. Əsas odur bunu hansı ağılla oxuyursunuz. Fikirləşin!