Onlar özlərinə yaxın olanı görür,uzaq olanı isə heç vaxt görmürlər. Aramızda 1 metr məsafə olan insanlar belə bəzilərinin uzaq olduğunu zənn edirlər. Dostlarını həyat yoldaşından daha çox qısqanan əhali də var hətta. İnsanları çoxundan yaxşı tanıyaraq,onunla sıx münasibətdə olan adamların da özlərini gözdən düşürtmək üçün etmədikləri qalmayanları da var. 100 dənə yaxşılıqdan sonra,1 dənə ona görə pislikdən sonra küsüb,inciyənləri,buna görə də hər dəfə üz-üzə gəlməkdən qorxanları,salam belə verməyənləri də tanıyıram. Ən yaxın dostundan etiraz etdiyi sevgi etirafının sahibiylə ünsiyyət qurduğu üçün öz münasibətini azaldanları da tanıyıram. Yaxşılıq sayının çoxluğunu başqalarına deməyi bəs deyilmiş kimi,hələ dostlarını aşağılayan,mülklərini onun-bunun gözünə soxanları da tanıyıram. Yuxusunda mənasız hadisənin şahidi olub,sonra da yazıçı olmaq istəyənləri,elə məhz bu səbəbdən də dəli olduğu hesab olunanları,sözü hər yerdə kəsilən,amma ciddi düşüncələrə,ambisiyalara sahib olanları,məqsədləri yerinə yetəndən sonra birdən-birə dostunun artdığını görənləri də görüblər. Öləndən və ya ölümcül xəstəliyi olandan sonra dəyəri bilinənləri,amma əslində depressiyadan hər an ölə bilənləri də tanıyıram. Yenilik etmək istəyəndə,məntiqli söz deyəndə fiaskoya uğruyan,lakin ona gülənlərin ondan 100 qat məntiqsiz olanları görmüşəm. Birinin məqaləsini oxuyanları,oxuyub əməl eləməyənləri və eyni düşüncədə olan dost-tanışları da görmüşəm. Məşhur olduğu üçün hər kompaniyada "baş"da olanları,məşhur olmayanları adi sakin adlandıranları,əsasən də harada olursa-olsun kapriz göstərib, "tərs" olanları da tanıyırıq. Bunun əksinə olaraq, harada olursa-olsun hamı ilə mehriban olan,gender ayrı-seçkiliyi etməyən,dostunun dərdilə maraqlanan,yaxını özünü narahat hiss edəndə,o da onun yerinə hüzünlənənləri,kimlərinsə həyatında mələk rolunu oynayan,yalnızca onların həyatında olduqları üçün onları xoşbəxt edən dostları da tanıyıram. Çox yaxşı tanıyıram.
Əgər həyatda insanları tanımaq istəyirsinizsə,onlardan heç vaxt kömək istəməyin. Bu fikrim sizə gülməli gələ bilər,hətta inkar da edə bilərsiniz,mümkünsə əməl etməyə də bilərsiniz. Amma yəqin ki,kimlərsə yoxlayıb və insanları tanıya bilib.
Şan-şöhrət və ölüm əhalini yaxınlaşdırar və mən əminəm ki,bunlar çoxunuzun həyatında baş verəcək. Mən bu məqaləni yazmalıydım,çünki nə qədər uzun vaxt sirri gizlətsən,bir o qədər vaxt həmin sirr sənin həyatında frustrasiyaların baş verməsinə səbəb olar. Bu mahnıya diqqətlə qulaq asın,mənim demək istədiklərimi bəlkə daha rahat anlayarsınız.