Mən:
- Bunu səndən heç gözləməzdim. Sən digərlərindən də betər çıxdın. Beşincini tanıyıb sevmişdim,birinci məni çox istəyirdi,amma demirdi,dördüncü bir az şans verdi,sonra yox dedi,üçüncü məndən küsdü,ikincinin isə sevgilisi olduğunu öyrəndim. Sən bu son hərəkətinlə kombo elədin. Gözümdən elə düşdün ki,heç digər beşi mənim gözümdən bu dərəcədə düşməmişdilər. Sən mənim həyatda ən nifrət etdiyim hərəkəti elədin;yalan danışdın. Nə oldu bəs sevgi sənlik deyildi?! Nə oldu bəs yaxınlarına sevgili gözü ilə baxmırdın?! Bununla niyə sevgilisən bəs?! Tfu sənə. Mən heç vaxt heç kimə qarğış eləməmişəm,amma hal-hazırda sən bu hərəkətinlə mənə elə yara vurdun,elə əzab verdin ki,görüm sən də mənim çəkdiyimin 10 qatını çəkəsən. Gələcəkdə bu bəd dualarım yerinə yetəndə,sənin mən heç ağlına da gəlməyəcəm. Hər gün bu əzabdan,ağrılardan bezib,tanrına üsyan edəcəksən: "Allahım,axı mən kimə neyləmişəm,nədir mənim günahım?" - deyəcəksən. Amma sualına cavab gəlməyəcək. Qarğış etdiyimə görə məni pis adam kimi görürsən. Gör. Onsuz da mən pis adamam. Lakin sən ən böyük pisliyi etdin. Səni öldürmək də azdır. Ölüm səninçün ən böyük mükafat olar. Sən qız dostlarımın dırnağı da ola bilməzsən. Və sənin dostlarına yazığım gəlir ki,onların sənin kimi alçaq dostu var.
Bu anda oğlan qəfildən hücum edərək,gicgahıma yumruq,üzümə kəllə,qarnıma diz vuraraq,məni yerə sərdi. Ağrıların heç bir təsiri olmadı. Ayağa qalxıb,son sözlərimi deməyə başladım:
- İnanırsan?! Bu kuklanın vurduğu zərbələr,sənin mənə vurduğun mənəvi zərbələrin yanında heç nədir. Sən o qədər vicdansız,insafsız qız imişsən ki,yüz faiz bu hadisələrdən sonra da bu oyuncaqla ömrünü davam etdirəcəksən. İndi isə rədd ol öz çürümüş həyatını yaşa,mən artıq sevgiyə inanmıram.
Bunları dedikdən sonra üzünə belə baxmadan getdim. Sözlərim bitdiyi kimi,sevgi də daha mənim üçün bitmişdi. Bundan sonra nəinki sevgiyə inanmayacam,heç evlənmək fikrim də yoxdur!