Wednesday, April 24, 2013

ARZU



Başlıq məndə acınacaqlı xatirələr canlandırsa da,bunu yazmağa məcburam. Tək oxuyucuların istəyinə görə yox,həmçinin bu mövzunun aktual olduğu üçün yazıram. İnsanlar fərqli olduqları kimi,arzuları da fərqlidir. Kimisi kasıb ailədə dünyaya göz açır,dərdi-səri ancaq pul qazanmaq olur,kimisi varlı ailədə,ehtiyacı yalnız sevgiyə olur. Mənə əziz olan birinin çox gözəl və təsirli sözü var idi,atasının üzünə demişdi: "Kaş sənin sevgin pulundan çox olardı.". Bəzən belə təzadlarla qarşılaşırıq və biz hansına layiqiksə,həmişə digərinə gülürük;varlıyıqsa,kasıba,kasıbıqsa,varlıya. Xülasə,yəni demək istəyirəm ki,hər bir insanın istəyi onun vəziyyətindən asılıdır. Bəziləri evlənmək,bəzisi xaricdə təhsil alıb,ümumiyyətlə ölkəsinə qayıtmamaq,bir başqası həmişə göz önündə və ya məşhur olmaq,digəri dənizkənarı parkda vəhşi göyərçinləri qovmaqla həzz almaq,manyaklar zorlamaq,onlardan da manyakı adam öldürüb,ətini tikə-tikə kəsmək...və çox nadir insanlar sevgi,məhəbbət istəyir. Bu və başqa istəklər hər şəxsin öz fikridir,amma sonuncuda yazdığım "sevgi" hər kəsdə olmalıdır. Lakin inamsızlıq,hal-hazırda dünyanı ələ keçirib. Heç kim heç kimə güvənmir. Ər arvadını,oğul atanı,nəvə nənəni öldürür. Adam gözləmədiyi birindən elə zərbə alır ki,heç şeytan onu eləməz. Dost tapmaq çətin olur. Hər adama güvənmək olmur,buna görə də kimlə isə tanışlıqdan 1 il belə keçsə,arada pərdə saxlayırsan. Lap deyək ki,tanışın sənin dostuna çevrildi,pərdələr götürüldü,lap irəli getsək,sənin bu dostunla aranda nəsə sevgi münasibəti yarandı. Yenə də bir-birinizə "səni çox istəyirəm,səni sevirəm" demirsiniz. Niyə?! Çünki zəhrimara qalmış güvən məsələsi yenə ortaya çıxır. Bəlkə o tanışınızın hər şeyi var,bircə sevgidən başqa?! Onda bəs necə?! Heç soruşmusunuz ki,sənin nəyə ehtiyacın var?! Yox. Heç sizə maraqlı da deyil. Bəlkə o lazımsız dostunuz depressiyadadır,stresslidir,bəlkə ancaq sizin yanınızda özünü xoşbəxt hiss edir?! Bəlkə onun ruhu yenə də uşaqdır?! Yox ee yox,sizin nəyinizə lazımdır. Eviniz var,kompüteriniz var,telefonunuz var,əyin-başınız var,gəzməyə,yeyib-içməyə pulunuz var? Hə,var. Bəsinizdi. Neyləyirsiz dostunuzun istəyini öyrənməyi. Yəqin ki,o da həyatından məmnundur. Çünki onun da sizdə olanlardan hər şeyi var. Onsuz da insana lazım olanlar bunlardır da,başqa nə lazımdır ki?! Bax elə burada adamın aqressiyasının normal olmasının tərəfdarı ola bilərəm. Ay axmaqlar,həqiqətən də fikirləşirsiniz ki,yalnız başına xoşbəxt olacaqsınız?! Heç vaxt! Həyat işdən,evdən,puldan,maşından,tətildən ibarət deyil. Həyatı başqa cür də yaşamaq olar. Pulu həmişə əldə etmək olar,amma sevgini əsla. Sadəcə "səni çox istəyirəm" cümləsi belə insana bir ömür bəsdi. Nəyə görə biz sevgini yalnız doğmalarımızdan görürük? Nəyə görə digərləri bizə güvənmir? Nəyə görə onlar bizi sevmir? Mən bunu depressiv və aqressiv olduğum üçün yox,sizin bir az düşünməyiniz üçün deyirəm. Bir dəfə əldən tutmaq,bir dəfə qucaqlamaq,bir dəfə yanağından öpmək,bir dəfə sığal çəkmək,bir dəfə "səni sevirəm" demək - bax bunlar sevgiyə möhtac olanların əsl arzusudur. Əgər xoşbəxtliyin təklikdə olduğunu düşünürsünüzsə,mən onsuz da təkəm,mənə lazım olan hər şeyim var,komfortum yerindədir. Gələcəkdə yazılarımdan qazanacağım pulla özümə villa da alacam,ən bəyəndiyim maşını da,telefonu da,kompüteri də,hətta evimə trenajor alətləri də. Amma bəziləri kimi bunlarla yenə də xoşbəxt olmayacam. Çünki həmin vaxtlarda da sevgilim olmayacaq. Niyə olmayacaq?! Bayaq saydığım səbəblərə görə. Məni heç vaxt sevən olmayacaq,mənim kimiləri də. Bizim istəyimiz yalnız sevgidir,ona çatmaq isə bizim üçün mümkün deyil. Ona görə də,bizim ölməyimiz heç nəyi dəyişdirməz. Lakin ölüm də bizdən qaçır.
Buna bənzər yazı yazmışdım,oxuyucusu çox olmuşdu,amma əməl edəni az. Nə isə,ümid edirəm ki,bu dəfə də əməl edən olar,az olsa da. Əsas odur,mən doğruları sizə çatdırdım. Но вы только задумайтесь об этом...