Günlər necə gözəl keçərdi,əgər nifrət olmasaydı,
İnsanlar xoşbəxt olardı,əgər əsl sevgi olsaydı...
Mənim belə danışdığıma baxmayın,heç mən də əsl sevginin dadını bilmirəm. Məni heç vaxt heç kim sevməyib,seviblərsə də,heç vaxt deməyiblər. Çünki mənim səmimiliyim hər kəsin xətrinə dəyir. Müasir dövrdə tanımadığın insana salam verəndə,ağız-üzünü əyir: "Bu kimdir ki,mənə salam verir?!". Belə hal da normaldır. Dünyada 6 milyarddan çox insan var və bu insanlar din,irq,dil və mədəniyyət baxımından bir-birindən ayrılır. Amma bizim "mehriban" ölkəmizdə hamı bir-birindən ayrılır. Azərbaycanda hər növ insana rast gələrsən; 1.əlində təsbeh fırladıb,cibində bıçaq gəzdirib,hər 3 sözünün 1-də söyüş işlədib,içkiyə,qumara,oğurluğa,narkotikə qurşanıb,anasının üstünə qışqırıb, "Çörək var süfrədə,söyüş söymə" , "Məhərrəmlikdir;Qurban bayramıdır;Ramazan ayıdır,içki içmirəm" , "Allaha and olsun!" deyən gənclərimiz; 2.sifətində yarım kilo kosmetika gəzdirib,platformadan da hündür kabluk və açıq-saçıq paltar geyinib,oğlanların "Sizinlə tanış olmaq olar?" sualına, "Rədd ol burdan,mən sənin bildiyin qızlardan deyiləm!" deyən gözəl qızlarımız; 3.gözünə karandaşla quş çəkib,dodağına gavalı boyda silikon vurub,öz bədəninin ölçüsündən kiçik ölçü olan paltarlar alıb,ayağına belə girməyən şalvarlar geyinib,qatarda və avtobusda 20 yaşlı qızların oturduğunu və onlara yer vermədiyini görüb: "İndiki cavanlar çox dəyişiblər." - deyən 45-50 yaşını keçmiş "xala"larımız var. Bu cür düşmənçiliyə səbəb yarada bilən ölkədə hansı sevgidən danışmaq mümkündür?! Hələ "oğlanlar qudurar" deyə,heç bir oğlan dostuna,hətta qohumuna "səni çox istəyirəm" deməyən qızlardan necə sevgi gözləmək olar?! Mənim indiyənə kimi çox "dost" adlandırdığım adamlar olub,hamısına "səni çox istəyirəm" demişəm,amma heç vaxt qarşılıq almamışam. Amma bu məni fikrimdən döndərməyib. Azərbaycanda sevgi olmasa da,humanist insanlar az da olsa var. Mənim cəhdlərim davam edəcək. Söhbətim hələ qurtarmayıb. Təzə dostlaşdığım bir qız,məndən əvvəl dostlaşdığı dostuna: "Kamranı səndən çox istəyirəm." - demişdi. Özü də mənim yanımda. Şoka düşmüşdüm. Ömrümdə ilk dəfə idi ki,belə səmimi insan tapa bilmişdim. Bu dürüstlükdə olan insanlardan bəhs eləyirdim bayaq. Sevginizi deməyə çəkinməyin. Qürurunuz qırılar deyə fikirləşməyin. Dostunuz həmcinsiniz olsa belə,kimsə pis baxar deyə fikirləşməyin. Sınayın bunu. Dostunuza "Səni çox istəyirəm" deyin və nəticəsini görün. İnanın ki,peşman olmayacaqsınız.